Azərbaycanın tanınmış maliyyəçisi - «AZƏRPOÇT»DAKI İŞİNDƏN AYRILIR
Azərbaycanın bank-maliyyə sektorunun tanınmış nümayəndələrindən bir Müseyib Əliyev ölkənin poçt və maliyyə operatoru olan "Azərpoçt" MMC-dəki postunu tərk edir.
TED.az xəbər verir ki, M.Əliyev 2019-cu ildən indiyədək “Azərpoçt” MMC-də maliyyə direktoru kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Müseyib Əliyev indiyədək ölkənin bank və maliyyə sektorlarında yüksək vəzifələrdə çalışıb.
Müseyib Əliyev Azərbaycan Dövlət İqtisad İnstitutunun məzunudur, əmək fəaliyyətinə 1992-ci ilin mayında Səbail Əmanət bankında xəzinədar kimi başlayıb. 1996-ci ildən Əmanət Bankın müxtəlif şöbə və idarələrində şöbə rəisi və baş mühasib vəzifələrində işləyib.
1996–1998-ci illər “Viləşbank” KB-da İdarə Heyətinin sədri, 1998-2000-ci illərdə “RotAbank” SKB-də baş mühasib, 2000-2002-ci illər “RotAbank” SKB-də İdarə Heyətinin sədr muavini vəzifərərində çalışıb.
11.11.2002-ci il tarixdən etibarən “AtaBank” ASC-nin Daxili Auditin rəhbəri, 2004-cü ildən 2007-ci ilədək İdarə Heyətinin sədri Audit Komitəsinin sədri, 2007-ci ildən İdarə Heyəti sədrinin müavini və 2009-cu ildən isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.
2012-ci ilin noyabrından 2019-cu ilədək “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Əliyev Müseyib Fayaz oğlu 2001-ci ildən beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü və “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvüdür. 2002-ci ildən Azərbaycan Bank Tədris Mərkəzinin ekspert-müəllimidir.
2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə aspiranturanı bitirib, 2005-ci ildə “Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edib. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












