TƏHSİLDƏ KEYFİYYƏT TƏMİNATI AGENTLİYİ İLƏ “TEXNOLAB” MMC ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB
TED.az xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək, onların məşğulluq səviyyəsinə və nəticədə sosial rifahına dəstək vermək məqsədi ilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların, qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsini həyata keçirir. Bu missiyanın həyata keçirilməsi üçün Agentlik iqtisadiyyatın müxtəlif sektorlarından olan əsas işəgötürənlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.
Sözügedən fəaliyyət çərçivəsində “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə qeyri-formal və informal təhsilin tanınması məqsədilə “TexnoLab” MMC ilə əməkdaşlıqla bağlı razılıq əldə edilmiş və müqavilə imzalanmışdır. Əməkdaşlığın əsas məqsədi müvafiq ixtisasın tanınması üzrə keçiriləcək praktiki imtahanlar üçün istehsalat sahəsinin ayrılması, eyni zamanda zəruri alət, material və avadanlıqların təmin edilməsidir.
Praktiki bacarıqların nümayiş olunacağı laboratoriya və istehsalat sahələrinə qoyulan tələb və standartlara uyğun gələn “Texnolab” MMC-nin texniki dəstəyi ilə Agentlik, formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil haqda müvafiq sənəd əldə etmələrinə və cəmiyyətin bu prosesdən daha səmərəli şəkildə faydalanmasına dəstək göstərir.
Qeyd edək ki, növbəti mərhələlərdə “Elektronika” və “Elektrik mühəndisliyi” sahələri üzrə praktiki bacarıqlarının qiymətləndirməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












