AZ

Kursa getmədən IELTS-ə necə hazırlaşmaq olar? - Metod və tövsiyələr

711b916ea21d0ec95b6529d11a2daf02.jpg
14.06.2021 18:20

Xaricdə  təhsil almaq üçün  ilk  hədəf  beynəlxalq  səviyyədə  tanınan dil  sertifikatlarından  birini  əldə  etməkdir.

 

Bu  mövzuda  ən  çox  üstünlük  verilənlərdən  biri də  British  Council tərəfindən  təşkil edilən  IELTS-dir.

 

Bəs  bu  imtahana  kursa getmədən necə hazırlaşmaq olar? Bunun  üçün  nə  etmək  lazımdır?

 

TED.az  IELTS  imtahanına  hazırlaşmaq  üçün  imtahanda  uğur  qazanan  şəxslər  və  müxtəlif  mütəxəssislərin  tövsiyələrini ümumi  olaraq  təqdim  edir.

 

Bildiyimiz  kimi  IELTS imtahanı Listening, Reading, Writing və Speaking olmaqla 4 bölmədən ibarətdir.Bu  bölmələrin  hər  biri  ayrıca  yaxşıp  hazırlıq  tələb  edir.

 

LISTENING:  Bu bölmədə  yüksək nəticə toplamaq  üçün sizin edəcəyiniz ilk şey davamlı  ingiliscə dinləmə materialları dinləyib qulağınızı bu dilə alışdırmaqdır. Bir neçə ay ərzində hər gün davamlı şəkildə podcast, amerikan komediyaları , sənədli filmlər izləyib/dinləsəniz  qulağınız bu dilə rahat şəkildə alışacaq. Həmçinin bunun  üçün, məsələn, The Big Bang Theory, How I Met Your Mother və s.kimi  bir  neçə TV şousu  izləməyiniz də  tövsiyə olunur.  Əlavə olaraq, hamının bildiyi TED Talks'u artıq vurğulamağa ehtiyac yoxdur. Podcastlar üçün  isə “Stitcher”, “Google Podcasts”, “Podcast Addict”  kimi  tətbiqlər  məsləhət görə  bilərik. Lakin “listening skills”i  inkişaf etdirmək üçün əsas məqam sizə maraqlı olan mövzularda programlar dinləməkdir. Özünüzü sevmədiyiniz mövzuları dinləməyə məcbur etməyin.  Təcrübə  üçün Cambridge 7-15 kitablarını bir deyil bir neçə dəfə unutmaq  şərti ilə işləmək çox faydalıdır. Gününüzü dinləməklə başlayın. IELTS Listening üçün gündə bu  bölməyə  aid bir  test  etməklə kifayətlənməyin. Bir neçə kanal seçə bilərsiniz (məsələn, The Telegraph, Guardian News) kimi kanallara baxın.

 

READING: Bu bölmədə  uğurlu olmanın fundamenti oxuma alışqanlığınızın, təməl söz bazası və düzgün strategiyanın olmasıdır. Əgər təməl  söz  bazanız yoxdursa, oxuma alışqanlığı qazanın, varsa  belə inkişaf etdirin. Necə? Kitablar, məqalələr və digər ingilis dilində nə oxuma materialı tapa bilirsinizsə davamlı olaraq oxuyun. Söz  bazasını  artırmaq  üçün ilk növbədə bilinən 504, IELTS  üçün  təməl  lüğət kitabları, növbəti olaraq Cambridge 7-15 kitablarından mətnləri  oxuyub bilmədiyiniz  sözləri qeyd edə, sinonim, yaxud  definition (təriflər) ilə öyrənə  bilərsiniz. Məqalələr və əlavə oxuduğunuz kitablardan da Təbii ki, Cambridge 7-15 kitablarındakı mətnləri də yuxarıda qeyd etdiyim kimi dəfələrlə işləmək fayda verəcək.

I

ELTS Reading testini timer-lə işləyin, sonra isə cavabları yoxlayın

 

Cavabları yoxlayarkən, izahlı videolara (youtube) da baxa bilərsiniz. Həmçinin də, readingielts kimi faydalı saytlarda izahlara və sinonim  ifadələrə baxa bilərsiniz. Lakin Reading bununla bitmir.Məsələn, siz google scholar kimi saytlarda özünüzə maraqlı olan araşdırmaları oxuya, World Economic Forum kimi saytlarda da maraqlı təhlillər tapa bilərsiniz. Bununla da iş bitmir. Artıq işlədiyiniz reading mətnlərini oxuyun və çalışmalara düzgün cavablarla birgə baxın. Bu da sizin üçün çox faydalı olacaq. Nəyi oxuyursunuzsa, kritik oxuyun. Məsələn, oxudunuz ki, “IELTS Reading IELTSin ən çətin hissəsidir”. Nə üçün? sualını verin, düşünün və müəllifin təklif etdiyi cavabı axtarın.  Reading sizə beləcə maraqlı gələcək. Bu taktika həmçinin də gələcəkdə GMAT və GRE kimi imtahanlarda kömək olacaq.

 

WRITING: Hər gün bir inşa yazın və onu analiz edin. Sonra isə bu inşanı analiz edin, daha yaxşı cümlələr qurmağa çalışın. İnşalar üçün nümunələri Cambridge kitablarından tapa bilərsiniz. Həmçinin British Council-ın və IELTS-ın rəsmi saytlarında da nümunələr tapa bilərsiniz ,bununla  yanaşı  Road to IELTS platforması ilə writing üçün faydalı məlumatlar ala bilərsiniz. Writing üçün söz bazası deyil, ifadələr öyrənin. Reading üçün məsləhət verdiyim saytlarda writing üçün də maraqlı ifadələr tapa bilərsiniz. Sentence.dictionary.com kimi faydalı saytlarda da siz hansı sözün və ya ifadənin necə düzgün işləndiyini görə bilərsiniz.  Gündə müxtəlif qrafiklərə və təsviri izahlara da baxın. Task 1 üçün çox faydalı ifadələr, World Economic Forum kimi saytlarda yaxşı təhlil ilə dolu cümlələr və ifadələr tapa bilərsiniz. Mövzunu düzgün başa düşmək üçün gündə bir neçə oxşar mövzu oxuyun və analiz edin. Hər bir sözə, hər bir suala fikir verin. Cambridge 7-15 kitablarındakı Task 1 və 2-ləri özünüz yazın. Amma necə? Müvafiq task'a uyğun  cavabları google-da axtarın (bəzən kitabın arxasında da olur), oxuyun və 20+40 dəqiqə qoyaraq yazmağa başlayın. Kopyalamayın, sadəcə o cavablardan bir şeylər götürün və öz yazınıza əlavə edin. Bu, bağlayıcılar, söz birləşmələri və struktur ola bilər. Udemy platformasında IELTS Writing üçün kurs  alıb oxuya bilərsiniz, əmin olun ki, çox böyük faydası olacaq.

 

SPEAKING: Cambridge 7-15 kitablarındakı Speaking  hissələrini  tətbiq  edərək  öyrənin. Tətbiq zamanı  önünüzdə bir lüğət olsun, çaşdığınız  məqamda, xatırlamadığınız söz olanda baxın, sinonimlər axtarın. IELTS'də tipik mövzular var (e.g. work, study, games, holidays, home, relationships and so on.). Bu mövzuların hər birinə aid 1-2 idiom  öyrənin və danışarkən  istifadə edib dilinizi öyrəşdirin. Ən çox istifadə olunan  feli  ifadələr öyrənin və istifadə edib dilinizi alışdırın. Hər kəs “IELTS Speaking Assistant app”i bilir və istifadə etməkdə fayda var. Online Conversation Clublara qoşula bilərsiniz. Və ya qruplarda özünüzə mütləq məsuliyyətli bir speaking partnyoru tapın. Gündə 15-20 dəqiqə danışsanız, bu sizin üçün çox faydalı olacaq. Amma bununla kifayətlənməyin. Siz ön kameranı yandırıb, özünüz özünüzlə danışın və ondan sonra dinləyin. Baxın görün özünüz özünüzə nə qiymət verərdiniz? Hansı məqamda ilişirsiniz? Çox faydalı bir məsləhət – native speaker-lərə qulaq  asın amma  aram-aram. Məsələn, Barack Obama hansısa cümləni deyir, siz pauzaya basın və həmin cümləni təkrarlayın. Bununla intonasiya və pauza etməyi öyrənəcəksiniz.

 

İmtahan  öncə   bu  saytlarda özünüzü sınaya bilərsiniz:

 

Hər kəsə uğurlar!

Elm bölməsindən digər xəbərlər

Daha çox