“Creative Spark Big Idea” müsabiqəsinin finalçılarının adları açıqlanıb
“British Council” 2021-ci ilin genişmiqyaslı videomüsabiqəsi olan “Creative Spark Big Idea”nın reallaşdırılması məqsədilə London Metropolitan Universiteti ilə səylərini birləşdirib. “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyindən TED.az-a bildirilib ki, müsabiqə 18 və 35 yaş arasında olan gənclərə öz biznes ideyalarını irəli sürmələri və sahibkarlıq bacarıqlarını təkmilləşdirmələri üçün şərait yaradır. Gənc sahibkarlar, eyni zamanda, platforma sayəsində karyera perspektivləri və reputasiyalarını yüksəltmək imkanı əldə edirlər. Xüsusilə də gənclər arasında işsizliyin aktual olduğu və COVID-19 pandemiyasının bütün dünya iqtisadiyyatına təsir etdiyi dövrdə sözügedən təşəbbüs olduqca əhəmiyyətlidir. Bu il həm də yeni kateqoriya olan iqlim dəyişikliyi kateqoriyasında mükafatlandırma aparılacaq. Burada cəmiyyət diqqət mərkəzində olmaqla, yerli və milli səviyyədə, planetimizi və onun sərvətlərini qorumaq məqsədilə iqlim dəyişikliyinin ortaya çıxardığı problemlər və onların təsirlərini əhatə edən biznes fikirləri nümayiş etdirilir. Finalçılar, sahibkarlığın tədrisi və yaradıcı sahibkarlıq sahəsində yüksək təcrübəyə sahib beynəlxalq və milli münsiflər heyəti tərəfindən seçilib. İctimaiyyət “Xalqın seçimi” mükafatının qalibi seçmək üçün iyulun 18-dək veb-səhifəsində səsvermədə iştirak edə bilərlər. Ötən il, demək olar ki, 100 000-dək insan “Xalqın seçimi” mükafatının qalibini müəyyənləşdirmək üçün səsvermədə iştirak edib və komandalara beynəlxalq arenada olduqca dəyərli şans qazandırıb.
Azərbaycanda 2021-ci il “Creative Spark Big Idea” müsabiqəsinin finalçılarının adları elan edilib.
“İqlim dəyişikliyi” kateqoriyası üzrə finalçılar ADA Universitetindən Maniyə Xanlarzadə, İsmayıl Eyyublu, Fəxri Xanlarzadə, Xəzər Universitetindən Rəşid Cəfərov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Tofiq Hidayətzadə və Vüsalə Sarxanovadır.
“Sosial təsir” kateqoriyası üzrə finalçılar Xəzər Universitetindən Təravət Əsgərova, Əbdürrəhman Eminov, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Hikmət Baloğlanov, Musiqi Akademiyasından Elnurə Sadıqovadır.
“Yaradıcı” kateqoriyası üzrə finalçılar Bakı Musiqi Akademiyasından Nicat Bağırov, Xəzər Universitetindən Əbdülcəlil Ömərov, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən Elnur Məmmədovdur.
“Rəqəmsal texnologiya” kateqoriyası üzrə finalçılar UNEC-dən Tural Salmanov, Aytac Mirzoyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetindən Gülnarə Mirzəyevadır.
Müsabiqə iyulun 5-18-də Azərbaycan da daxil olmaqla yeddi ölkədə keçiriləcək.
Qeyd edək ki, “Creative Spark” proqramı 2018-ci ildə yaradılıb. Həmin ildən proqram minlərlə tələbə, məzun və sahibkarlara innovativ biznes ideyaları ilə yenilik gətirməsinə dəstək göstərib.
Elm bölməsindən digər xəbərlər
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




