On beş əməliyyat keçirən Vətən müharibəsi qazisi: Canımı fəda etməyə hazıram!
Cahangir Vətən müdafiəçilərindən biridir. Ötən il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara əks-hücum əməliyyatı ilə cavab verən Azərbaycan Milli Ordusunun döyüşçülərindən olan Cahangir minlərlə gənc həmkarı kimi silaha sarılıb. Müharibənin üçüncü günündə Kəlbəcər uğrunda gedən döyüşlərdə raket mərmisi partlayışı nəticəsində ağır yaralanıb.
Cahangir Gülbala oğlu Əliyev 1999-cu ildə Sumqayıtda doğulub. Orta təhsili başa vurduqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanan Cahangirin ordudan tərxis olunmasına 3 gün qalmış Vətən müharibəsi başlayıb.
Cahangirin anası Sevda Əliyeva müharibə qazisinin səhhəti barədə TED.az-a məlumat verib. Qazi anası deyir ki, raket mərmisinin partlayışı nəticəsində yaralanan Cahangirin sol gözü görmür, qulağı eşitmir və danışmaqda problemləri var: “Hadisədə oğlumun üzü yanmışdı. Plastik əməliyyat keçirib, yeni dəri köçürülüb. Şükürlər olsun, əvvəlki ilə müqayisədə, xeyli yaxşıdır. Amma yeriyə bilmir, əl barmaqlarını itirib. Həkimlər deyir ki, vəziyyətinin nisbətən düzəlməsi üçün təxminən 4 il gözləmək lazımdır. İnanıram ki, oğlum sağalacaq və ayağa qalxacaq. Cahangir deyir ki, ana, Vətən üçün canımı fəda etməyə hər an hazıram”.
Qazi anası, həmçinin qeyd edib ki, Cahangir hazırda Türkiyədə müalicəsini davam etdirir: “4 aydır ki, buradayıq. Bütün xərclərimiz “YAŞAT” Fondu tərəfindən ödənilir. Fondun əməkdaşlarına, xalqımıza və əziyyət çəkən bütün həkimlərə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, ümumilikdə 15 əməliyyat keçirən Vətən müharibəsi qazisi “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
QARABAĞ bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











