UNICEF: COVID-19 ilə mübarizə səbəbindən uşaqlar digər təhlükəli infeksiyalar əleyhinə peyvənd olunmurlar
Keçən il 23 milyon uşağa lazımi peyvəndlər vurulmayıb - bu 2009-cu ildən bəri ən yüksək göstəricidir və 2019-cu il ilə müqayisədə 3,7 milyon çoxdur. TED.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, UNICEF-in məlumatına görə, təxminən 17 milyon uşağa keçən il bir dənə də olsun peyvənd vurulmayıb. Onların əksəriyyəti münaqişə və müharibə şəraitində, ucqar yaşayış məntəqələrində və ya şəhər xarabalıqlarında yaşayırlar. Bu uşaqlar yalnız peyvənd deyil, ümumiyyətlə bir çox sosial və tibbi xidmətdən məhrumdurlar.
"Ölkələr COVID-19 əleyhinə vaksinləri əldə etməyə səy göstərirlər, həmin vaxt isə biz uşaqları qarşısı alına biləcək qızılca, poliomielit və meninqit kimi qorxunc infeksiyalar qarşısında müdafiəsiz buraxaraq, digər peyvənd kampaniyalarını qaçırırıq", - deyə ÜST-nin Baş direktoru doktor Tedros Qebreyesus tədqiqatın nəticələrini şərh edərək, bildirib. O, bu və digər xəstəliklərin yayılmasının onsuz da pandemiyanın öhdəsindən gəlməkdə çətinlik çəkən səhiyyə sistemləri üçün "fəlakətli" nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Ötən il dünyada 3,5 milyondan çox uşaq 2019-cu ildə olduğundan daha çox tetanus, difteriya və göyöskürəyə qarşı peyvəndinin ilk dozasını almayıb və bir il əvvəl olduğundan 3 milyon çox uşaq qızılca əleyhinə peyvəndin ilk dozasını ötürüb. Araşdırmaya görə, bu, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi ölkələrində daha çox özünü büruzə verib.
"Alınan həyəcanlı məlumatlar aydın şəkildə göstərir ki, pandemiya və onunla bağlı məhdudiyyətlər imkan verməməli olduğumuz itkilərə gətirib çıxarır", – deyə UNICEF-in rəhbəri Henriyetta For vurğulayıb. - Özü də planetin ən həssas sakinlərinin həyatı və rifahı təhlükə altına düşür".
Uşaqların immunizasiya ilə kifayət qədər əhatə olunmaması peyvənd çatışmazlığı, dezinformasiya axını, münaqişələr və digər amillərlə əlaqəlidir. Pandemiyadan əvvəl də hər şey qüsursuz deyildi: məsələn, tetanus, difteriya və boğmaca, həmçinin qızılca və poliomielitə qarşı peyvəndin əhatə səviyyəsi uzun illərdir 86 faiz səviyyəsində saxlanılır – bu göstəricini ÜST tərəfindən tövsiyə olunan səviyyəyə qədər artırmaq mümkün olmur. Yetərsiz vaksinasiya fonunda ilk növbədə qızılca epidemiyası baş verir. Qız uşaqlarının insan ömrünün daha sonrakı mərhələlərində xərçəngə səbəb olan insan papilloma virusuna qarşı vaksinasiya göstəriciləri də 2019-cu ildəki 15 faizdən keçən il 13 faizə düşüb.
BMT hökumətləri təcili olaraq problemə diqqət yetirməyə çağırır. Xüsusilə, tibb xidmətlərinin işinin yenidən qurulması və peyvənd kampaniyalarının təşkil edilməsi, eləcə də peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə valideynlərin maarifləndirilməsi tövsiyə olunur. Bundan əlavə, ekspertlər COVID-19 qarşı vaksinasiyanın uşaqların immunizasiyası üçün nəzərdə tutulan fondlar hesabına maliyyələşdirilməməli olduğunu xatırladırlar.
KORONAVİRUS bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
Oppo Reno 15 Pro Mini Gəlir!
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


