Mərkəzi Elmi Kitabxanada tammətnli elektron bazaların sayı artırılır
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlıq çərçivəsində Yaponiyanın Riyaziyyat Cəmiyyəti ilə əlaqələri uğurla davam etdirir. Təşkilatla qarşılıqlı mübadilə nəticəsində hər iki qurumun profilinə uyğun kitab mübadiləsi aparılaraq fondları elmi ədəbiyyatlarla zənginləşdirilir.
Bu barədə TED.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, nəticədə riyaziyyat sahəsi üzrə tədqiqat işləri aparan alimlər, mütəxəssislər bu nəşrlərdən öz elmi əsərlərində yararlanmaq imkanı əldə edirlər. Hazırda MEK tərəfindən Yaponiyanın Riyaziyyat Cəmiyyətinə məxsus 13 elmi jurnalın yapon və ingilis dillərində tammətnli elektron bazalarında əlçatanlıq imkanı yaranıb. Hər bir nəşrdə orta 2000-ci ildən 2021-ci ilə qədər olan nömrələr toplanıb. Bəzi nəşrlərin 1930-cu, 1960-cı və 1970-ci illərə aid arxiv nömrələri də yer alıb.
İstifadəçilər zaman və məkandan asılı olmayaraq, sözügedən elektron elmi jurnalların tammətnindən istifadə edərək öz araşdırmalarını davam etdirə bilərlər.
Qeyd edək ki, elektron bazadan tammətnləri yükləmək, Google Scholar veb ilə məqalələrinə hansı mənbələrdən istinad edildiyini yoxlamaq, həmçinin zaman, qrafik və bir neçə istinad metriklərini hesablamaq mümkündür.
Elektron nəşrlərin tammətnindən istifadəçilər MEK-in saytında e-kitabxana bölməsinin e-beynəlxalq resurslar altbölməsinə keçid edərək yararlana bilərlər.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












