Litvalı jurnalistdən təsirli paylaşımı: “Şuşa Azərbaycanın qürurudur!”
“Mən 8 may 1992-ci ildən bəri ona doğru addımlayırdım. Neçə gün, neçə ay bir an kimi gəlib keçdi. Və düz otuz ildir ki, hər kəsə Azərbaycanın mədəniyyət beşiyi olan müqəddəs Şuşa şəhərinə qayıdacağımı söyləyirdim!!!”
TED.az xəbər verir ki, bu fikirləri özünün “Facebook” səhifəsində Litvalı jurnalist, Xocalı hadisələrinin canlı şahidi, Qarabağ müharibəsi həqiqətlərini barədə mütəmadi yazılarla çıxış edən Riçardas Lapaitis yazıb.
İşğaldan azad olunan Şuşaya səfərini təsirli cümlələrlə oxucularına təqdim edən Riçardas Lapaitis qədim Azərbaycan şəhərini açıq havada mavzoleyə bənzədib.
“Burada hər addım başı mədəniyyət abidələri, məscidlər, qəbiristanlıqlar və bütün Azərbaycanın tarixi var! Dağların üstündə bir bayraq gördüm! Azərbaycan bayrağı - bu, şəhərin bütün bəşəriyyətə açıq olması deməkdir!”
Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilən jurnalist düşmənin 30 il ərzində Şuşada törətdiyi vəhşiliklərə də xüsusi yer ayırıb.
“Ermənistan otuz ilə yaxın zaman ərzində burada ona aid olmayan hər şeyi - mədəniyyət abidələrini, əlyazmaları, məscidləri, müqəddəs kitabları, xalçaları qədim qəbiristanlıqları, məqbərələri məhv etməyə çalışıb. Otuz illik faşizm həm insani, həm də mədəni irs baxımdan dəhşətli itkilərlə nəticələnib!”.
Litvalı jurnalist həmçinin qeyd edib ki, 2020-ci ilin noyabr ayında ordumuz Şuşanı işğaldan azad etməklə Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib.
“Şuşa Azərbaycanın qürurudur. O da nəhayət mənim kimi evinə qayıtdı!!! Sizi, yanımızda olanları, bizi həmişə dəstəkləyənləri və inananları möhkəm qucaqlayıram! Artıq başqa bir tarixi... Ən əzəmətli Azərbaycan şəhəri Şuşanın çiçəklənmə tarixini yazacağıq! Bunu bütün qəlbimlə arzu edirəm!”.
QARABAĞ bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











