Texniki Universitet ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Milli Konservatoriyası (AMK) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Universitetdən TED.az-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi memorandumun önəmindən danışıb. Bildirib ki, hər bir millətin mədəniyyəti onun sərvətidir. Bu mədəniyyəti müasir texnologiyalardan istifadə etməklə nümayiş etdirmək isə dövrün tələbidir. Bu mənada Azərbaycanın texniki sahədə təhsil verən qabaqcıl universitetlərindən biri kimi AzTU ilə Azərbaycan Milli Konservatoriyasının əməkdaşlığının inkişaf etdirilməsi təqdirəlayiqdir.
Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev bu iki ali təhsil müəssisəsinin əməkdaşlığını müsbət hal kimi qiymətləndirib. Nazir memorandumun yaxın zamanlarda müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
AzTU-nun rektoru Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində müasir texnologiyaların tətbiqi ilə bağlı universitetdə elmi-tədqiqatlar aparılacaq. Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllimlərinin tədris zamanı keyfiyyətli və müasir texnologiyaların dəstəklədiyi avadanlıqdan istifadəsi üçün AzTU öz töhfəsini verəcək.
Daha sonra hər iki ali məktəbin rektorları əməkdaşlıq haqqında memorandumu imzalayıblar. Sənədə əsasən, Azərbaycan Milli Konservatoriyasının TV studiyalarında texniki təchizat sisteminin qurulması ilə bağlı AzTU tərəfindən layihələr təqdim olunacaq. Bundan başqa, elmi tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlıq, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbir Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifaları ilə davam edib.
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











