Beynəlxalq İnformatika Olimpiadasında komandamızın medal qazanacağına inanıram – MÜTƏXƏSSİS

Bildiyimiz kimi, 4-11 avqust tarixlərində Azərbaycanda ilk dəfə 31-ci Beynəlxalq İnformatika Olimpiadası (BİO) keçiriləcək. TED.az məsələnin aktuallığını nəzərə alaraq Bakı Mühəndislik Universitetinin (BMU) kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi, Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı tanınmış mütəxəssis Etibar Seyidzadəyə suallar ünvanladı.
Etibar Seyidzadə açıqlamasında bildirdi ki, “Beynəlxalq İnformatika Olimpiadası (BİO) məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən ən nüfuzlu beynəlxalq yarışdır: “İlk belə olimpiada 1989-cu ildən keçirilib. Azərbaycan komandası isə 1994-cü ildən başlayaraq BİO müsabiqəsində iştirak edir. Müsabiqəyə qoşulduğumuz müddət ərzində müəyyən illərdə uğurlu çıxışlarımız da olub. Məsələn, komandalarımız 1996, 2004, 2011-ci illərdə bürünc 2003-cü ildə isə gümüş medal qazanıblar. Məncə, bu ilin 4-11 avqust tarixlərində ölkəmizdə keçirilən Beynəlxalq İnformatika Olimpiadası informatika və İKT sahələrinin inkişafına mühüm töhfə verəcək. BİO müsabiqəsində uğurlu iştirak üçün ümumtəhsil məktəblərində müəyyən proseslər tələb olunur”.
Ekspert vurğuladı ki, BİO 2019-da Azərbaycan komandasından uğurlu çıxış gözləyir: “Son 4 ildə, həm Respublika rəhbərliyi, həm Təhsil Nazirliyi, həm də bir çox qurumlar tərəfindən bu sahəyə böyük dəstək göstərirlər. Azərbaycanda BİO yarışına ciddi və intesniv hazırlıqlar gedir. Məktəblilərdən ibarət komandalara yerli və əcnəbi mütəxəssislər tərəfindən təlimlər keçirilir. O cümlədən, komandalarımız bu yarışa qədər bir neçə beynəlxalq yarışlarda iştirak ediblər və artıq müsbət nailiyyətlər də var. İnanıram ki, heç olmasa gümüş medal qazanacağıq”.
E.Seyidzadə onu da qeyd etdi ki, bu gün informatika fənni müxtəlif məktəblərdə fərqli şəkildə tədris olunur: “Əsas, problemlərdən biri maddi texniki bazaların zəif olmasıdır. Məktəblərdə kompüter biliklərinin də az olduğunu qeyd etmək istərdim. Hesab edirəm ki, informatika fənni müəllimlərinin kitab üzərində bilik səviyyələri aşağıdır. Alqoritm sistemini zəif bilirlər.
Baxmayaraq ki, informatika fənni 1-ci sinifdən 11-ci sinifə qədər tədris olunur. Amma hələ də qəbul imtahanlarına salınmayıb. Buna görə də, məktəblərin çoxundabu fənn fəal keçirilmir. Hesab edirəm ki, kompüter bilikləri, IT ixtisasları bilikləri qəbul imtahanlarına salınması zəruridir. Avropa ölkələrinin əksəriyyətində bu fənn qəbul imtahanlarında yer alır”.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır


Ötən gün vətəndaşların bank kartlarından 30 min 716 manat oğurlanıb


BKS kosmosda tullantılarla toqquşmamaq üçün manevr edib


Mayın 4-də 1500-ə yaxın namizəd rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak edəcək


Azərbaycanda icra proseslərində nağdsız hesablaşmalar məcburi olacaq


Həftənin ən çox oxunanları
Mayın 1-dən məktəblərdə yaz tətili başlayır


ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir


Aprel ayının son günü havanın temperaturu 21 dərəcəyədək artacaq


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

