AZ

TƏLİM – Exceldə ən çox istifadə olunan funksiyalar

e5132350fc0c742875d6f428f78103ce.jpg
02.08.2019 15:48

“Your Finance Education” mərkəzində “Excel”də bilməli olduğumuz ən çox istifadə olunan funksiyalar” mövzusunda avqustun 4-də növbəti seminar keçiriləcək.

 

TED.az xəbər verir ki, seminarın proqramına “Excel”in işləmə prinsipi və Alqoritmin qurulması, “İF” formulasının fərqli və mürəkkəb istifadəsi, “Vlookup”, “Vlookup+Match”, “Index Match və Vlookup”, Kriteriya əsaslı axtarış (Massiv), “Name Manager”, “Indirect”, SUMIFS, “Subtotal”, “Data Validation”, “What if Analysis”, “Pivot Table” daxildir. 

 

“Excel”in işləmə prinsipi və Alqoritmin qurulması” seminarının təlimçisi 15 ilə yaxın müxtəlif sahələr üzrə (İT, marketinq, maliyyə və mühasibatlıq) iş təcrübəsi olan Elşad Nəsiroğludur. E.Nəsiroğlu hal-hazırda Karmen MMC-nin Maliyyə direktoru vəzifəsində çalışır.

 

Seminar aşağıdakı üstünlükləri və faydaları qazandıracaq

 

- Daha az vaxt sərf etməklə böyük dataları analiz edə biləcəksiniz

- “Excel”də daha sürətli işləmək bacarıq və vərdişləri nə yiyələnəcəksiniz

- Hər ay təkrarlanan əmliyyatlarınızı avtomatlaşdıra biləcəksiniz

- Böyük verilənlər bazası ilə işləmək artıq Sizə daha asan və əyləncəli gələcək

- Seminar gündəlik iş həyatında Excelə müraciət edən bütün istifadəçilər üçün nəzərdə tutulub.

- İnsan Resursları sahəsində (HR) çalışanlar

- Mühasib, kassir, anbardar və maliyyəçilər

- Marketinq və satış sahəsində çalışanlar

- Satınalma, panlama, büdcə və xərclərə nəzarət sahəsində çalışanlar

- Bank və digər kredit təşkilatlarında çalışanlar

- Mühəndislər və. s.

 

Təlimdə iştirak etmək istəyənlər qeydiyyat üçün bu LİNKƏ daxil ola bilərlər.

 

Qeyd edək ki, seminarda iştirak ödənişlidir(30 AZN).

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox