Xəbərdarlıq: Vətəndaşlara e-poçt üzərindən müxtəlif hərbi təlimlərin keçirildiyi ilə bağlı saxta məktublar göndərilir
TED.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti elektron poçt üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb. Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə müxtəlif hərbi təlimlərin keçirildiyi bildirilir. Qeyd olunur ki, həmin təlimləri canlı izləmək üçün Dövlət Mülki Aviasiya Agentliyi Müdafiə Nazirliyi ilə birlikdə “Sarsılmaz qardaşlıq – 2021” proqramını hazırlayıb. Saxta məktubda həmin proqramın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edildiyi vurğulanır.
Daha sonra istifadəçidən saxta məktuba əlavə edilən keçidə daxil olması və proqramı yükləməsi istənilir. Həmin keçiddə isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub proqramı yükləyən istifadəçinin cihazı yoluxur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Məqsəd müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri zərərli keçidlərə daxil olmağa vadar etməklə cihazlarını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirməkdir.
Vətəndaşlara tövsiyə olunur ki, bu kimi məlumatlara etimad etməsinlər. İlk öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Tanımadıqları şəxslərdən göndərilən heç bir keçidə daxil olmasınlar və hər hansı faylı yükləməsinlər.
Bununla yanaşı, e-poçtdan təhlükəsiz istifadəyə dair Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanan təlimatda göstərilən tövsiyələrə əməl etsinlər:
“E-poçtdan təhlükəsiz istifadəyə dair” təlimat:
Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdiklərində www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












