Rəsmi “iPhone 13” modelini “Kontakt”dan ilk alanlar 300 manatlıq hədiyyə qazanacaq
Rəsmi “iPhone 13” modellərini hamıdan daha əvvəl, üstəlik ən sərfəli şərtlərlə almaq istəyirsiniz? Elə isə gözünüz “Kontakt”da olsun! “Apple” brendinin Azərbaycandakı Rəsmi Satış Mərkəzi olan “Kontakt” yeni iPhone modellərinin satışına bütün rəsmi şəbəkələrdən daha əvvəl: oktyabrın 14-dən 15-nə keçən gecə saat 00:00-da başlayacaq. Üstəlik gecə 02:00-dək “Ukrayna dairəsi” mağazasından iPhone 13 seriyasından istənilən modeli alana 300 manatlıq telefon balansı hədiyyə ediləcək. Bu şərt istər nağd, istər hissəli alış, istərsə də taksit kartları ilə alan hər kəsə şamil olunacaq.
“Kontakt” son seriya “iPhone”ları kontakt.az saytından önsifariş etmək imkanı da yaradır. Yalnız önsifariş edənlər və oktyabrın 15-nə keçən gecə “Ukrayna dairəsi” mağazasına gələnlər “iPhone 13” seriyasını ilkin ödənişsiz, tam 12 ay faizsiz şərtlərlə ala biləcək. Belə üstünlüklər başqa heç bir şəbəkədə yoxdur.
“Apple” məhsullarını “Kontakt”dan almağın digər üstünlükləri də var:
• Hamıya əlçatan kredit şərtləri – Bütün “Apple” məhsullarını “Kontakt” mağazalarında uyğun hissəli alış şərtləri ilə və hətta müştəri tarixçəsindən asılı olaraq ilkin ödənişsiz əldə edə bilərsiniz. Həmçinin məhsulun dəyərinin 50 %-ni ilkin ödəniş edərək qalan məbləği 6 ay ərzində faizsiz şərtlərlə ödəyə bilərsiniz. Taksit kart sahibləri də endirimli nağd qiyməti komissiyasız və ilkin ödənişsiz, 6 aylıq bərabər hissələrə bölə bilər.
• Köhnə telefonu gətirib yeni “iPhone 13” aparmaq imkanı – Köhnə telefonunuzu vəziyyətindən və hansı elektronika mağazasında alınmasından asılı olmayaraq “Kontakt” mağazalarına gətirin, mütəxəssislər telefonunuzu yerindəcə qiymətləndirsinlər və bazar qiyməti dəyərində seçdiyiniz “iPhone 13” modellərindən istənilən birinə real endirim əldə edin.
• Tam orijinal və rəsmi məhsul almaq imkanı – Tam orijinal, rəsmi və beynəlxalq zəmanətli “Apple” məhsullarını əldə etmək üçün “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzi “Kontakt”a gəlin. “Kontakt Home” və “Kontakt Smart” mağazalarında “Apple”ın 100-dən çox çeşidi: telefonlar, planşetlər, smart saatlar, “Macbook” və “iMac”, qulaqlıq və aksessuarları təqdim olunub. “Kontakt”ın satış ekspertləri sizə yeni “iPhone” modellərinin funksionallıqları barədə bütün məlumatı verəcək, istədiyiniz modelin seçimində yardım olacaq.
• Dünyanın hər yerində keçərli zəmanət şərtləri – “Kontakt”dan alınan “Apple” məhsullarının bütün zəmanət boyu təmiri ölkəmizdəki rəsmi “Apple” servisi tərəfindən həyata keçirilir.
Məhsulların təmirində istifadə olunan detalların orijinallığına və təmirin keyfiyyətinə tam təminat verilir. “Kontakt” sizə birbaşa istehsalçıdan qlobal zəmanətli məhsul təklif etdiyi üçün səyahət zamanı belə narahat olmayacaqsınız. Çünki bu zəmanət “Apple”ın dünya üzrə bütün rəsmi servis mərkəzlərində keçərlidir.
Odur ki, rəsmi “iPhone 13” modellərini almaq və hədiyyə qazanmaq üçün oktyabrın 14-dən 15-nə keçən gecə saat 00:00-dan gecə 02:00-dək “Kontakt Home – Ukrayna dairəsi” mağazasına gəlin!
Texnologiya bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Yeni Jeep Compass Tezliklə Gələcək!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

