AZ

CV yarat platforması istifadəyə verildi

 

8f9cc7999a05c6cb0cf5ee6f6d9f662d.png
26.10.2021 10:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən www.cvyarat.az platforması istifadəyə verilib.

 

Agentliyin mətbuat xidmətindən TED.az-a bildirilib ki, CV hazırlamaqda çətinlik çəkən şəxslər platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarını əlavə edib, qısa müddətdə öz CV-sini PDF formatında əldə edə biləcək.

 

Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işə qəbul prosesinə dəstək olmaqdır.

 

Yaxın zamanda www.cvyarat.az platforması digər elektron sistemlərə də inteqrasiya olunacaq və identifikasiya nömrəsini yazmaqla istifadəçiyə dair şəxsi məlumatlar, eləcə də təhsil, iş təcrübəsi kimi məlumatlar birbaşa doldurulacaq.

 

Platformadan istifadə ödənişsizdir. www.cvyarat.az

 

addım ilə öz CV-ni yarat!

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox