AZ

“Samsung”un ən sadiq pərəstişkarları üçün hazırlanmış flaqman smartfonu – “Galaxy S21 FE” ilə tanış olun

6041eacc008421437a2c47b2479f68c7.jpg
13.01.2022 14:34

2022-ci il yanvarın 4-də “Samsung Electronics Co., Ltd.” “Galaxy S21” seriyasının yeni təmsilçisi olan “S21 FE” təqdim edib. Sözügedən bu smartfon, ən xırda detalları düşünülmüş dizaynla “Galaxy S21” seçilmiş premium xüsusiyyətlərini özündə birləşdirir. O, “Galaxy S21” seriyasının sevdiyiniz bütün xüsusiyyətlərinə malikdir: cəlbedici dizayn, yüksək performans, peşəkar səviyyəli kamera və “Samsung” ekosistemində qüsursuz işləmə imkanı.

 

“MX (Mobile eXperience) Samsung Electronics”in prezidenti və baş icraçı direktoru TM Roh bildirib ki: “Biz Samsungda ən son mobil innovasiyaları daha çox insana çatdırmaq üzərində çalışırıq”.

 

“Galaxy S20 FE” və “Galaxy S21” məhsul seriyası inanılmaz həyəcana səbəb olub. Bu səbəbdən də “S21 FE” modelində biz eyni yanaşmadan istifadə edərək, onu sadiq pərəstişkarlarımız üçün ən vacib olan premium xüsusiyyətlər ilə təchiz etdik. Çünki biz ilk növbədə onların ehtiyaclarına cavab verən smartfon yaratmağa yönəlmişdik.

 

Özünüzü ifadə etməyin daha çox yolu

 

“S21 FE” , “Galaxy S21” məhsul xəttinin qürurlu davamçısı olub, qüsursuz premium dizayn ilə ərsəyə gətirilib. Burada hər şey “S21 FE” kamera gövdəsi ilə mükəmməl birləşən və dəbli görünüşü təmin edən, istifadəçilərin ən sevdiyi “Contour-Cut” çərçivəsi ilə başlayır. Əlavə olaraq, “Samsung” sözügedən smartfonu istehlakçılara, özlərini ifadə etmək üçün, dörd yeni mat rəngdə təqdim edir – zeytun yaşılı, lavanda, ağ və qrafit. Qeyd etmək lazımdır ki, “S21 FE” qalınlığı cəmi 7,9 millimetr təşkil edən zərif və incə korpusa malik olub, cibinizə asanlıqla yerləşə bilir.

 

Güc - ən çox ehtiyacınız olan anda

 

“Samsung” istifadəçiləri smartfon seçərkən güc və displey göstəricilərini əsas tutuduqlarını bildiriblər. Bu səbəbdən də “S21 FE” ən yeni ultra sürətli “5nm 64-bit Octa-Core prosessoru” ilə təchiz edilib. Cihazın, sadiq oyunçuları və yayımçıları ultra dəqiq, yüksək keyfiyyətli qrafikası və şəkil ötürmə keyfiyyəti ilə təəccübləndirəcəyinə inanılır. Eyni zamanda, yeni 240Hz tezliyində işləyən cavablama sürəti sayəsində bütün komandalar dərhal icra ediləcək. 120Hz yeniləmə sürəti sayəsində isə “6.4 ”FHD + Dynamic AMOLED 2X” displeydə istənilən oyun məzmunu inanılmaz dərəcədə axarı təqdim olunacaq. Həmçinin qeyd olunanlar, güclü içliklə dəstəklənib ki, flaqman “8 GB RAM” və “128 / 256 GB daxili yaddaş”la təchiz olunub.

 

Uzunömürlü batareya isə həm işgüzar həm də səyahət edən istifadəçilər üçün əsas prioritetdir, bu səbəbdən də “S21 FE” bütün günü sizə aktiv olmağa imkan yaradacaq 4500mAh batareya ilə təchiz edilib. “S21 FE” güclü batareyası 25W super sürətli doldurma ilə tamamlanır.

 

Əsl “Galaxy” pərəstişkarları üçün ən yaxşı kameralar

 

“Galaxy S21” mobil texnologiyalar sənayesində ən yaxşı kamera ilə tanınır, “S21 FE” də dünyanın ən parlaq fotoşəkillərini çəkmək üçün istifadə edilən peşəkar içliyə malikdir. İstər foto həvəskarları, istərsə də peşəkarlar indi istənilən məzmunu asanlıqla redaktə edə və paylaşa bilərlər. Yeniləmə təkmilləşdirilmiş gecə rejimini də əhatə edir. Flaqman üç əsas kamera ilə təchiz edilib ki, bunlardan 12MP ultra geniş bucaqlı, 12MP “Dual Pixel” geniş bucaqlı və “30x Space Zoom”u 8MP telefoto obyektivlərini qeyd etmək olar. Bundan əlavə, “S21 FE” 32 meqapiksellik süni intellektlə işləyən ön kamera ilə təchiz olunub.

 

Həqiqətən rahat və təhlükəsiz mobil təcrübə

 

“Samsung”un intuitiv anlaşılan “One UI 4” əməliyyat sistemi ilə siz ehtiyaclarınıza mükəmməl cavab verən, ideal mobil təcrübənizi yarada bilərsiniz. Daha çox fərdiləşdirmə seçimləri və daha sərt məxfilik nəzarəti ilə siz istədiyiniz hər şeyi edə bilərsiniz. Buna misal olaraq, indi siz əsas ekranı, ikonaları, bildirişləri, divar kağızlarını və digər tənzimləmələri yeni üsullarla fərdiləşdirə bilərsiniz. Həmçinin, “S21 FE” təhlükəsizlik və məxfilik nəzarətlərini tək yerdə birləşdirən yeni məxfilik tablosuna malikdir və bu hal, “One UI 4” “Galaxy S21 FE”də istifadəsini təhlükəsiz olduğu qədər də asan edir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox