AZ

“eManat”a - YENİ TƏYİNAT     

 
 

dd25f06ffdfa393a287641b5e28e7f72.jpg
19.01.2022 18:20

“Modern” Şirkətrlər Qrupunun törəməsi, Azərbaycan ödəniş bazarında fəaliyyət göstərən “Modenis” MMC-nin (eManat) yeni baş inzibatçısı təyin edilib.


TED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki,  Anar Məmmədov “eManat”ın rəqəmsal həllər üzrə baş inzibatçısı təyin edilib. O bu vəzifənin icrasına 2022-ci ilin yanvarından başlayıb.

 

“eManat”a 2021-ci ilin oktyabrında təyinat almışdı.

 

A.Məmmədov 2006-cı ildə Azərbaycan Mərkəzi Bankında, 2006-2013-cü illərdə prosesinq mərkəzi olan “Millikart” MMC-də çalışmış, son vəzifəsi departament direktoru olmuşdur.

 

2017-ci ilin avqustundan 2018-ci ilin fevralına qədər “Bank of Baku” ASC-nin Ödənişlər sistemi departamentinin strukturunda olan şöbədə müdir və 2018-ci ilin fevralından 2021-ci ilin oktyabrına qədər isə “Kapital Bank” ASC-də çalışmışdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox