AZ

“WhatsApp” ruslara qarşı yeni məhdudiyyət tətbiq edir

 

fe73df31b0715c86c5eefe1e1086c0d1.jpg
15.03.2022 12:57

Məlum olub ki, hazırda “Meta”ya məxsus “WhatsApp” xidməti Rusiyada hələlik bloklanmayacaq.

 

TED.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Vurğulanır ki, martın 16-sından xidmət smartfonlarda yeni funksiyanı – “Code Verify”ni işə salacaq. Yenilik müştərinin internetdə olduğu müddətdə təhlükəsizliyini artıracaq. Eyni zamanda “Code Verify” səhifənin həqiqiliyini müəyyən etməyə kömək etməklə istifadəçini hakker hücumundan qoruyur.

 

Bundan əlavə, o da məlum olub ki, “WhatsApp” yeni qayda tətbiq edəcək, bu, yalan məlumatların yayılması ilə mübarizə aparmağa kömək edəcək – bir istifadəçidən ən azı beş dəfə yönləndirilmiş mesajı başqa istifadəçiyə yönləndirmək mümkün olmayacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox