AZ

Hamımız Google üçün çalışırıq və ya Captcha nəyə lazımdır?

6e15ac1799dfe8da46cfda8ba4754203.jpg
20.08.2019 10:49

Bu gün Captcha həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əgər siz onunla qarşılaşmamısınızsa, deməli ya siz şanslısınız, ya da mövcud deyilsiniz. Üzərində avtomobil, velosiped, işıqfor şəkli olan kiçik tablolar  hər zaman istənilən məkanda qarşımıza çıxır.

 

Google axtarış sistemində bu kimi tablolarla daha tez-tez rastlaşırıq. Düşünürsünüz ki, bu sizin  robot olub-olmadığınızı yoxlamaq üçündür? Bu düşüncənizdə qismən də olsa haqlısınız. TED.az-ın “hi-news.ru” saytına istinadən məlumatına görə, bunun gizli məqamları da var…

 

Eynəyimizi taxıb diqqətlə ardını oxuyaq…

 

Yəqin ki, yuxarıda qeyd etdiklərimiz qəribə səslənir və təxəyyülə bənzəyir. Amma bizim əlimizdə “Xeyirxah şirkətin” vaxtımızdan necə alıb öz xeyrinə istifadə etməsinə dair faktlar var. Bu məqam əlbəttə ki, xoş deyil və hadisələrin bu cür davam etməsini arzuolunmazdır. Lakin bu gün vəziyyət bu mənzərədən ibarətdir və getdikcə daha da pisləşə bilər.  İndi isə hər şeyi öz ardıcıllığı ilə…

 

Captcha nədir? Captcha necə işləyir? Sİ nədir? Google bizdən necə istifadə etməyə çalışır?

 

Captcha nədir?

 

Digər suallara aydınlıq gətirmədən öncə captcha adlandırmağa öyrəşdiyimiz sözün tərifini nəzərdən keçirək. Captcha sözü bir neçə ingilis sözünün qısaltmasıdır. CAPTCHA olaraq yazılmış sözün açması isə kompüterlə insanları ayırd etmək üçün tam avtomatlaşdırılmış Turing ictimai testidir.

 

 

Turing testi Alan Turing tərəfindən irəli sürülmüş bir empirik testdir. İlk dəfə 1950-ci ildə Mind fəlsəfi jurnalında dərc olunmuş "Hesablama maşınları və şüur" məqaləsində bu haqda məlumat verilib. Testin məqsədi  avtomatlaşdırılmış maşının qarşı tərəfdə ünsiyyət qurduğunun insan olduğuna inandırıb çaşdırmaqdır. Məhz bu prinsip, serverdən məlumat istəyənin kimliyini öyrənməyə cəhd edən alqoritmin əsasını təşkil edir.  Qaydaya uyğun olaraq, Captcha-nın üç əsas növü var. Bunlar kompüterin müəyyənləşdirə bilmədiyi zəif yazılmış nömrələr, hərflər, kompüterin asanlıqla yerinə yetirə biləcəyi riyazi həllər və şəkillər. Maşınlar Google-ın istədiyi şəkildə onları ardıcıl yerinə yetirilməsini anlamırlar.

 

Captcha necə işləyir?

 

Biz üçüncü – şəkillərlə olan varinatın üzərində dayanacağıq.  Məlumat əldə etmək üçün şəkillərdəki müəyyən obyektləri tapmaq lazım gəlir. Məsələn, velosipedlər, işıqforlar, vitrinlər və s.

 

Siz deyəcəksiniz ki, bu adi bir prosedurdur. Bəli, siz yenə də qismən haqlısınız. Ancaq heç düşünmüsünüz ki, niyə tam doğru  cavab verməsəniz belə sizə lazımi məlumatları əldə etməyə icazə verirlər? Belə aydın olur ki,  bizim düzgün cavab verməyimiz heç kimə vacib deyil? Bunun belə bir izahı ola bilər. Qismən doğru cavab verib test prosesini keçərkən, sorğu doğru cavab kimi alqoritmə daxil edilir. Tutaq ki, bu həqiqətdir.  Bəs o zaman sadə axtarış maşını niyə bu şəkildə qorunur? Şərti bir robotun Orion bürcündə neçə ulduz olduğunu öyrənməsi nə qədər dəhşətli ola bilər ki? “DDoS” hücumlarından qorunma? Bəlkə də, amma daha sadə bir izah da var.

 

Sİ nədir?

 

Google digər sənaye nəhəngləri kimi, öz süni intellektini, daha çox Sİ adlandırılan versiyasını yaratmaq üçün çalışır. Bu ifadə bir az şübhəlidir, amma bu müzakirəni başqa mövzu üçün saxlayaq.

 

 

Sİ termini müasir dövrdə kompüterin insan fəaliyyətlərini təqlid etməyə, o cümlədən obyektləri tanımağa çalışır. Bu tip sistemlərin işləməsi üçün öncədən nümunələr üzərində təlim keçirilməsi tamamilə mümkündür.  Yəni bir şəxs avtobusu sistemə göstərir və onun avtobus olduğunu deyir, sonra tonqal göstərir və onun tonqal olduğunu bildirir. Bu sınaqdan sonra sistem özü məkanı və əşyanı müəyyənləşdirməyə çalışır. İnsan isə onun doğru olub olmadığını təsdiqləyir.

 

Google-ın captcha sisteminin məhz buna yönəldilməsi mümkündür. Dünya istifadəçilərinin serverə göndərdikləri milyardlarla sorğuları nəzərə alsaq, təlimin çox yaxşı nəticə verəcəyini demək olar. Hər onuncu istifadəçiyə captcha təqdim edilsə də, şirkət sistemi süni intellektə öyrətmək üçün çox sayda məlumat almış olur.

 

Google bizdən necə istifadə etməyə çalışır?

 

 

Əlbəttə ki, bu rəsmi olaraq təsdiqlənməyib. Lakin bütün faktları nəzərə alsaq görərik ki, şirkət bizdən istifadə edir. Bunun təsdiqi isə captcha-nın tez-tez görünməsi və çox zaman səhvə yol verməsidir. Əgər bu  həqiqətdirsə, şirkətin mütəxəssis ordusu əvəzinə tanıma sistemini hazırlayaraq yüksək məbləğdə pul qazanacağını düşünün. Bu evlərin fasadlarında bulanıq mətni oxuma tətbiqində də istifadə edilir. Bununla sistem müxtəlif xəritə xidmətləri üçün küçələri skan edərkən ev nömrələrini müəyyənləşdirməyi öyrənə bilər. Məsələn, yuxarıdakı görüntülərdə ev nömrələri ilə bir neçə nümunə var. Bir tərəfdən, bu görüntü robotun tanıya bilməyəcəyi ziddiyyətli bir görüntüdür. Digər tərəfdən niyə məhz ev nömrələri? Ev nömrələri Google-ın xəritələri üçün əsl xəzinədir. Xidməti yaradanlara evlərini şəklini ayrıca yerləşdirmək lazım olmayacaq. Sistem hansı nömrənin hara aid olduğunu anlaya və avtomatik rejimdə xəritəyə yerləşdirə bilər. Biz isə sonra da uyğun ev tapmadığımızda Google komandasının üzvünə yenidən sorğu göndərib nəticələri öyrənməyə çalışacağıq.  Ev nömrələri çəkilmir, amma çox güman ki, Google-ın pilotsuz avtomobilləri yolları gəzərək şəkillər çəkir.

 

 

Gələcəkdə bu, pilotsuz avtomobillərin işinə köməklik edəcəkdir. Bunu təsdiqləmək üçün işıqforları, piyada keçidlərini və yol kəsişmələri olan captcha şəkillərini xatırlamaq lazımdır. Geniş mənada pilotsuz maşınlar olmasa da, onlar üçün artıq məlumatlar yığılır. Şəkillərdən əlavə olaraq, Google səs mətnini tanımağı da təklif edir. Google-ın yalnız rəsmlərdən anlayan yox, eyni zamanda səsi dinləyib, insanın söylədiklərini səsli ünsiyyət vasitəsilə anlamağa çalışan köməkçisi də var. Bunun üçün səs captcha-sı sistemi istifadə olunur. Əgər bu doğrudursa, deməli, Google bizi ona çalışmağa məcbur edir? Bu məntiqlə belə anlaşılır! Təsəvvür edin ki, hər birimiz Sİ-ni və Google-ın öyrətmə sisteminə pulsuz şəkildə necə böyük köməklik edirik. Bəzən istifadəçilər bu kimi mərhələləri keçəndə əsəbləşir. Həmin şəxs bu haqqda kiməsə danışdıqda isə məlum olur ki, captcha epidemiyası istifadəçidən istifadəçiyə yayılır. Belə hesab etmək olar ki, bu arqumentlər yuxarıda verilən nəzəriyyəni bir daha təsdiqləyir.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox