AZ

Mayın 16-dan Avstriyaya səyahət edənlər üçün 3G qaydası ləğv olunur

 

0909aa7f3b574f533cd1638c9e456c3f.jpg
14.05.2022 18:40

Mayın 16-dan etibarən Avstriyaya səyahət edənlər üçün koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan 3G qaydası (peyvənd sertifikatı, sağalmaya dair arayış və ya PZR testi) ləğv edilir.

 

TED.az xəbər verir ki, bu qərarla da dünyanın istənilən ölkəsindən Avstriyaya səfər edənlər heç bir öhdəlik olmadan ölkəyə daxil ola biləcəklər. Səhiyyə Nazirliyinin sərəncamında bu qərar hazırkı epidemioloji vəziyyətlə əlaqələndirilib.

 

Nazirlikdən bildirilib ki, virus variantları regionlarının əks olunduğu siyahı qüvvədə saxlansa da, hazırda həmin siyahıda heç bir ölkə və ya regionun adı yoxdur. Əgər haradasa virus variantları yenidən meydana gələrsə, o zaman həmin ölkə üzrə test, qeydiyyat və ya karantin öhdəliyinə dair məlumatları bu siyahı əsasında əldə etmək mümkün olacaq.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox