AZ

Ötən il 28 mindən çox şəxsə ali məktəb, kolleclərə qəbul üçün tibbi arayış təqdim edilib

f06956b438bb0fd81d16bcdd44bd5c90.jpg
26.04.2024 12:57

Ötən il 28 mindən çox şəxsə ali məktəb, kolleclərə qəbul üçün tibbi arayış təqdim edilib.

 

TED.az xəbər verir ki, bu barədə “Elektron Tibbi Arayış”xidmətinin təqdimat mərasimində çıxışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

 

O qeyd edib ki, arayışlar sığorta çərçivəsində qarşılanmır.

 

"Arayışlar ödənişli əsaslarla təqdim edilir. Mayın 1-dən etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18 yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar vətəndaşlara pulsuz təqdim edilir.

 

Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışlar işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır. 2023-cü ərzində 28 893 nəfərə "Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün", 4 404 nəfərə isə "Sürücülüyə yararlı olmaq barədə" tibb arayış təqdim olunub.

 

Uzun müddət TƏBİB-in Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq elektron arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub.

 

Hazırda Elm və Təhsil Nazirliyində arayışlar məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abiituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır" - deyə Vüqar Qurbanov qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox