AZ

Ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb

cd507a15714eb8c40c5d19ec7cd756fd.jpg
26.04.2024 17:20

Arelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

 

Bu barədə TED.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

 

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.

 

"Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır", - məlumatda vurğulanıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox