Mastercard Start Path akseleratoruna qoşulan ilk Azərbaycan startapı

İlk addımlarını atan biznesləri dəstəkləmək üçün Mastercard tərəfindən Start Path proqramında iştirak edəcək səkkiz yeni startap seçilib.
TED.az xəbər verir ki, prqram öz xidmətlərini sınaqdan keçirmək üçün inkişafın son mərhələsində olan startaplara öz müştəri bazasına çıxış imkanı verir.
Proqramda iştirak üçün seçilmiş startaplar bunlardır: Dodo, Flow Networks, Hi, KaiOS, Kani Payments, NowNow, Sharesies və SmilePay. Şirkətdən verilən məlumata görə, ABŞ, Böyük Britaniya, Sinqapur, Nigeriya, Azərbaycan, Avstraliya və Yeni Zelandiyadan olan şirkətlər borc pul, ödəniş məlumatlarının idarə edilməsi, investisiya və üz tanınması da daxil olmaqla, bir sıra xidmətlər təqdim edir.
Azərbaycandan olan SmilePay startapı qrupun uğurlu üzvlərindən birinə çevrilib. Tətbiq pərakəndə satış və e-ticarətdə istifadə üçün bütöv ödəniş prosesini cihazsız və nağdsız əməliyyatlara daşıyan üz tanıma texnologiyasına əsaslanan yeni nəsil ödəniş həlli təqdim edir.
“2014-cü ildə təsis edildiyi vaxtdan bəri Start Path proqramında 300-dən az startap iştirak edib. Biz Mastercard Start Path akselerator proqramına qoşulan ilk Azərbaycan startapı kimi pərakəndə satış və e-ticarət üçün üz tanıma vasitəsilə ödəniş həlli olan SmilePay-i təqdim etməkdən məmnunuq. Bundan sonra istehlakçılar 2500-dən çox mərkəzi (nodal) nöqtədən istifadə edərək üzlərini qeydiyyatdan keçirə, debet kartları, loyallıq kartlarını əlavə edə və təbəssümlərindən istifadə edərək 1000-dən çox məkanda və həmçinin onlayn qaydada ödəniş edə bilərlər,” deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə ölkə meneceri Avşar Gürdal bildirib. “SmilePay proqramı ilə siz indi kassada növbə gözləmədən asanlıqla ödəniş edə bilərsiniz. Biz bunu sizin üçün ən rahat, ən sürətli və təhlükəsiz ödəniş üsuluna çevirmək niyyətindəyik”.
Whelp, Inc. və SmilePay, LLC:Chatbots Fintech-in baş icraçı direktoru Seymur Rəsulov, öz növbəsində qeyd edib ki, MasterCard Start Path proqramı Smilepay.az üçün xəyalların gerçəkləşdiyi məkanıdır.
“1500+ müraciət arasında biz bu 8 komandalıq qrupunun bir hissəsi olmaq şərəfinə layiq görüldük. Mastercard Start Path bizim üçün yeni qapılar açacaq, nou-hau (know-how) təqdim edəcək və biz regionda böyümə və genişlənmə üçün ömürlük tərəfdaş əldə edirik. SmilePay ən qabaqcıl üz tanıma texnologiyalarının birindən istifadə edir və yerli ən aşağı ödəniş haqqı ilə cihazsız, nağdsız həll yolu kimi yerli bazara daxil olur. MasterCard-ın dəstəyi və ölkənin ən böyük ərzaq mağazaları şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində SmilePay 5 may 2022-ci il tarixindən etibarən 500-dən çox terminalda keçərlidir”, - deyə Rəsulov bildirib.
Ehtiyacınız olan tək şey mobil tətbiqi yükləmək, üzünüzü tanıtmaq, kartınızı əlavə etmək və yeni nəsil ödənişlərdən zövq almaqdır. Dostlarınızı dəvət edib bonuslar da qazana bilərsiniz.
Startaplar bölməsindən digər xəbərlər
Meta təsadüfən ağıllı eynəklərini ekranla sızdırdı!


Google bazar kapitallaşması rekordunu qırıb


Game of Thrones serialı geri qayıdır


Apple niyə iOS 19-u iOS 26 olaraq buraxdı?


“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü


Honda Yeni Mini Elektrikli Avtomobilini Elan Edib: N-ONE e


Nothing Ear 3 təqdim olunur


Ford Focus tarixə çevrilir


iPhone Air gözlənilən uğura nail oldumu?


AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

iPhone Air əyilə bilərmi?


iPhone Air və Galaxy S25 Edge müqayisə edildi!


Facebook-un yeni funksiyası narazılıqla qarşılanıb


Tesla köhnə modellərini unutmadı!


Bu ölkə AI naziri təyin etdi!


Huawei, Avropada üç Aito Electric yolsuzluq avtomobilini elan etdi!


Dünyanın ən çox satılan PlayStation oyunları açıqlanıb


Windows-da SSD probleminin mənbəyi müəyyən edildi!


OPPO Find X9 və X9 Pro batareya tutumları təsdiqləndi!


OnePlus flaqmanı üçün 165Hz displey təklif edə bilər!


vivo X300 Pro AnTuTu testində aşkar edilib!


Yuxu Hesabı xüsusiyyəti bu Apple Watch modellərində mövcud olacaq!


Türkiyədə istehsal olunacaq Ioniq 3 açıqlandı


Google AI Plus paketini buraxdı!


Yeni Ferrari Testarossa at gücü rekordları qıracaq


iPhone 17 bu xüsusiyyəti ilə S25 Ultra-nı üstələyir!


NASA Marsda həyatın olduğunu sübut edə bilər!


Həftənin ən çox oxunanları
Dünyanın ən çox satılan PlayStation oyunları açıqlanıb


Yeni Ferrari Testarossa at gücü rekordları qıracaq


Google AI Plus paketini buraxdı!


iPhone 17 bu xüsusiyyəti ilə S25 Ultra-nı üstələyir!


Huawei, Avropada üç Aito Electric yolsuzluq avtomobilini elan etdi!


Yuxu Hesabı xüsusiyyəti bu Apple Watch modellərində mövcud olacaq!


vivo X300 Pro AnTuTu testində aşkar edilib!


OnePlus flaqmanı üçün 165Hz displey təklif edə bilər!


Türkiyədə istehsal olunacaq Ioniq 3 açıqlandı


OPPO Find X9 və X9 Pro batareya tutumları təsdiqləndi!

