AZ

İşğaldan azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrılacaq

9640bece30ef5a53fe28d4f12f21d4d9.jpg
20.06.2022 18:20

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsait artırılır.

 

TED.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.

 

Qeyd edək ki, bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

TED + bölməsindən digər xəbərlər

Daha çox