AZ

Laçın və Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək

e372454a66d3a5aaa01a1ab8e6057766.jpg
23.06.2022 10:20

Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək.

 

TED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

 

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.

 

Nazirlik 2022- 2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.

TED + bölməsindən digər xəbərlər

Daha çox