AZ

Bu proqramları DƏRHAL SİLİN! - Pulunuz oğurlanır...

 

5230837e38f852d32f106007905a2982.jpg
29.07.2022 21:20

Təhlükəsizlik tədqiqatçısı “Android əməliyyat sistemi” ilə işləyən telefonları hədəf alan proqramlar aşkar edib.

 

TED.az xarici KİV-ə istinadən xəbər verir ki, “Google Play Store”da ən azı 8 proqramda aşkarlanan “Autolycos” adlı zərərli proqram istifadəçilərə maddi ziyan vurur.

 

Bu proqram yükləyən insanları pullu xidmətlərə daxil etməyə başlayır. İlk dəfə 2021-ci ildə kəşf edilən “Autolycos”un Google tərəfindən yoxlanılması və zərərli olması təxminən altı ay çəkdi.

 

Bu proqramdan istifadə edən şəxslərin hesabında davamlı olaraq pul çıxılır.

 

Təhlükəsizlik mütəxəssisləri həm telefonunuzu, həm də pulunuzu qorumaq üçün aşağıdakı proqramları dərhal silməyi tövsiyə edir:

 

Razer Keyboard & Theme - 10.000+ yükləmə

 

Vlog Star Video Editor - 1.000.000+ endirmə

 

Funny Kamera - 500.000+ yükləmə

 

Coco Camera - 1000+ endirmə

 

Creative 3D Launcher - 1.000.000+ yükləmə

 

Qeyd edək ki, 8 proqram 3 milyon dəfədən çox yüklənib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox