AZ

UNEC-də doktoranturaya qəbul üzrə ixtisas imtahanları keçirilib

ff3430751116bca3f411081e1421e7a0.jpg
13.09.2022 20:40

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq magistratura və doktorantura mərkəzində 2022-ci il fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə qəbulun üçüncü və sonuncu mərhələsi - ixtisas imtahanları keçirilib.

 

UNEC-dən TED.az-a bildirilib ki, namizədlərə 2 saat müddətində cavablandırmaları üçün 5 sual təqdim olunub.

 

İmtahanların nəticələri barədə iddiaçılara qısa zamanda məlumat veriləcək.

 

Qeyd edək ki, UNEC Beynəlxalq magistratura və doktorantura mərkəzində fəlsəfə doktoru və elmlər doktoru proqramı 12 ixtisas üzrə həyata keçirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox