KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 58-ə çatıb.
“Startap” şəhadətnamələri "Softpress" MMC-nin nağdsız bəxşiş ödəmə sistemi, "Clopos" MMC-nin restoran və kafelər üçün POS terminal proqram təminatı, "E-sayar" QSC-nin onlayn mühasibat uçotu proqramı, "Travel Qrup" MMC-nin onlayn səyahət, işgüzar səfər və təhsil vizası xidmətləri göstərən elektron platforması, "YER xSP" MMC-nin bulud xidmətlərinin təşkili, "Satelyzer" MMC-nin kənd təsərrüfatı üçün peyk data xidmətləri, İlqar Məmmədovun Azərbaycan dilində plagiarizmi təyin edə bilən onlayn platforması, Nəriman Qaraxaninin praktik tapşırıq əsaslı onlayn təhsil və təcrübə platforması, "Edtesk" MMC-nin kənd təsərrüfatı sahəsində elektron inteqral sxem və interfeys istehsalı layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: smb.gov.az/az/nav/startap-sehadetnamesi
Startaplar bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












