Çində meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Çinin Çonçin bələdiyyəsində meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.
TED.az Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Çonçin bürosuna istinadla xəbər verir ki, yoluxma xaricdən gələn şəxsdə aşkarlanıb. Belə ki, Çində COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan qaydalara əsasən xaricdən gələnlər 7-10 gün müddətinə karantinə cəlb edilir. Karantin müddətində həmin şəxsdə xəstəlik əlamətləri, o cümlədən qızartı müşahidə olunub. Onun meymunçiçəyi testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicə alan pasiyentin vəziyyəti sabitdir, növbəti COVID-19 testi isə neqativ olub.
Səlahiyyətli qurumlar meymunçiçəyinə yoluxan şəxslə yaxın təmasda olanları müəyyənləşdirərək, təcrid ediblər.
Qeyd edək ki, ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında aşkarlanmış meymunçiçəyi xəstəliyi cari ilin may ayında Böyük Britaniyada qeydə alınıb və o vaxtdan dünyanın bir sıra ölkələrində yoluxmalar aşkarlanıb. Meymunçiçəyi virusunun əlamətləri başağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü büruzə verə bilər. İyulun 23-də Dünya Səhiyyə Təşkilatı virusun yayılmasını ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Dünya bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

