Samsung da öz smartfonlarında peyk şəbəkəsi dəstəyini reallaşdıracaq
Bir neçə müddət bundan öncə Huawei şirkəti Mate 50, Apple şirkəti isə iPhone 14 smartfon seriyasını təqdim etmişdi. Sözügedən smartfonların ortaq cəhətləri ondan ibarətdir ki, onlar peyk şəbəkəsi dəstəyini əldə ediblər. Beləliklə həm Huawei Mate 50 həm də iPhone 14 smartfonlarının istifadəçiləri mobil şəbəkə əhatəsinin olmadığı ərazilərdə peyk şəbəkəsindən istifadə edərək fövqəladə hallar xidməti ilə əlaqə yarada biləcəklər. Ortaya çıxmış yeni məlumata əsasən isə Samsung şirkəti öz rəqiblərindən geridə qalmaq istəmir və buna görə də Huawei və Apple kimi özünün Galaxy smartfonlarına peyk şəbəkəsi dəstəyini əlavə etməyi planlaşdırır.
Bu məsələ ilə bağlı hələ ki, heç bir konkret məlumat yoxdur. Samsung-un hansı smartfonlarının peyk şəbəkəsi dəstəyini əldə edəcəkləri bilinmir. Həmçinin bunun nə zaman baş verəcəyi də aydın deyil. Heç istisna deyil ki, şirkət peyk şəbəkəsi dəstəyini gələn ilin əvvəlində təqdim olunması gözlənilən Galaxy S23 smartfon seriyasında reallaşdırsın. Lakin məlum olan yeganə fakt ondan ibarətdir ki, Samsung öz rəqiblərindən geridə qalmağı sevmir. Əsasən də əgər söhbət Apple şirkətindən gedirsə. Qeyd etmək lazımdır ki, iPhone 14 smartfonlarında peyk şəbəkəsinin dəstəyi noyabr ayından aktiv olacaq və ilkin mərhələdə yalnız ABŞ ilə Kanadada çalışacaq.
Samsung-un peyk şəbəkəsi məsələsində hansı şirkətin xidmətlərindən istifadə edəcəyi də məlum deyil. Məsələn Apple şirkəti öz yeni smartfonlarında peyk şəbəkəsinin təmin olunması üçün Globalstar şəbəkəsindən istifadə edir. Bəzi insayderlər bildiriblər ki, Samsung öz növbəsində bu məsələdə Elon Musk-a və onun Starlink peyk internetinə müraciət edə bilər. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, iPhone 14 smartfonlarında peyk şəbəkəsi dəstəyinin reallaşdırılması yolunda Apple şirkəti SpaceX ilə danışıqlar aparırmış. Lakin həmin danışıqlar heç bir nəticə verməyib və sonda Apple şirkəti Globalstar-ı seçməli olub.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












