AZ

Sabahın hava proqnozu açıqlanıb

acdbee8b4507beab0d759bb6fa0d77bf.jpg
20.09.2022 10:57

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 20-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox