Azerconnect şirkətinin rəhbər heyəti ADA Universiteti tələbələri ilə görüşüb
Azerconnect şirkətinin rəhbər heyətinin ADA Universitetində təhsil alan tələbələrlə görüşü baş tutub.
Tədbirin keçirilməsində məqsəd tələbələrlə şirkətin rəhbər heyəti arasında birbaşa ünsiyyətin qurulması, tələbələrin şirkətin təqdim etdiyi imkanlar barədə məlumatlandırılması, onların fikir və təkliflərinin dinlənilməsi və İKT sahəsində gələcək karyera inkişafı ilə bağlı müzakirələrin aparılması olub.
Çıxış edənlər telekommunikasiya sektorunun gələcəyi, İKT sektorunda müasir tendensiyalar və bu sferada iri işəgötürənlərdən biri olan Azerconnect şirkətində tələbələr üçün nəzərdə tutulan iş və təcrübə imkanları barədə ətraflı məlumat verib, həmçinin gənc qadınların da informasiya texnologiyaları sahəsinə cəlb edilməsi və onlar üçün karyera imkanları barədə danışıblar.
“İnsan resurslarının davamlı inkişafı, şirkətimizə gənc istedadların cəlb edilməsi fəaliyyətimizdə əsas istiqamətlərdəndir. Bu səbəbdən biz ökəmizdə müxtəlif Universitetlərlə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Sürətli rəqəmsallaşma dövründə biz gənc xanımların və qadınların İKT sahəsinə cəlb edilməsi istiqamətində də müxtəlif layihələr icra edir, şirkətimizdə gender bərabərliyinə, inklüzivliyə və təşkilati inkişafa aparan dayanıqlı bir iş mühiti formalaşdırırıq”, deyə Azerconnect şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva bildirib.
Tədbirdə həmçinin Azerconect şirkətinin İnformasiya Texnologiyaları (İT) direktoru Pərviz İsmayılov, İT üzrə tələblərin və keyfiyyətin idarəedilməsi şöbəsinin müdiri Anar Abdullayev, İT Biznes inkişafı üzrə bölmə rəhbəri Kəmalə Adilova, eləcə də AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze çıxış edib, tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Azerconnect şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Elm bölməsindən digər xəbərlər
OpenAI və Amazon 38 milyard dollarlıq nəhəng müqavilə imzalayır!
iPadOS 26.1 yeniləməsi buraxıldı
watchOS 26.1 və tvOS 26.1 yeniləmələri buraxıldı
iPhone ilə işləyən MacBook qiyməti ilə təəccübləndirəcək!
Apple iOS 26.2 beta versiyasını buraxdı!
App Store veb səhifəsi yeniləndi
Galaxy S26-nın təqdimat tarixi açıqlandı
Samsung Galaxy Z TriFold üçün yeni şəkillər paylaşılıb
Ən populyar qrafik kartları açıqlanıb
Qoruyucu əlcəklər artıq motosiklet sürənlər üçün məcburidir
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Ayın qazılması rəsmi olaraq davam edir
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
BMW və Samsung ittifaq qurur
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Apple iOS 27 ilə Apple Intelligence-ı Zirvəyə Daşıyır!
Həftənin ən çox oxunanları
Instagram Reels alqoritmi üçün sevindirici xəbər
Nvidia bazar dəyəri ilə rekord qırdı!
Google Play-də böyük dəyişiklik
YouTube süni intellekt ilə videoları HD-yə yüksəldir
Microsoft məlumat mərkəzlərinin sayını iki dəfə artıracaq
Xiaomi 15 üçün HyperOS 3 Ümumdünya Paylanmasına Başlandı
Google bağlanmış nüvə stansiyasını yenidən işə salacaq
OpenAI rəsmi şəkildə öz alimlərini yetişdirəcək
Galaxy S25 Plus yandı!
Apple iPad üçün yeni tətbiqlər yayımlayacaq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
