AZ

Azərbaycanda daha 49 nəfər COVID-19-a yoluxub

5eb6540aeaa6ea6e9bbf57cd38fddaf6.jpg
23.11.2022 16:20

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 824 082 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 828 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 279 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 329, hazırkı dövrədək isə 7 363 574 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox