İşğaldan azad edilmiş bu ərazilərdə turizm komplekslərinin tikintisi planlaşdırılır
Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir.
TED.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
F.Nağıyev bildirib ki, Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərdə bir neçə layihə həyata keçirir.
“O cümlədən Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir. Ümumən regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır.
Əlbəttə ki, həmin ərazilərdə turizm üçün ilkin mərhələ var, minalardan təmizlənmə, infrastrukturun qurulması və əhalinin qayıtması. Dövlət Turizm Agentliyi olaraq biz düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada turistləri qəbul edə biləcəyik. İlkin proqnozlarımız belədir ki, 2025-ci ilə qədər həm daxili, həm xarici turislər nəzərə alınmaqla təxminən bir milyona yaxın insan həmin ərazilərə səfər edəcəklər. Bunun üçün bütün hazırlıq işləri aparılır”, - deyə o qeyd edib.
QARABAĞ bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











