Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin onlayn satışına başlanılıb
Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin onlayn satışına başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) TED.az-a verilən məlumata görə, nazirlik tərəfindən Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında olan mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışına başlayıb.
Bu portal artıq bir müddət əvvəl vətəndaşların istifadəsinə verilib və qeyd olunan mənzillərdən almaq istəyən şəxslərə portala daxil olaraq mənzillərlə tanış olmaq və mənzil seçmək imkanı yaradılıb.
Həmçinin bir neçə gün əvvəl yayımlanmış videotəlimatda (www.youtube.com ) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat verilir.
Portalda almaq istədiyi mənzili seçən hər kəs onu portaldakı “Bron et” düyməsini sıxaraq bron etməklə ala bilər. (Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.
Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı qaydası Prezident İlham Əliyevin imzaladığı fərmanla müəyyən edilib.
e-Azərbaycan bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Oppo Reno 15 Pro Mini Gəlir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


