Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi təqdim olunub - FOTO
Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi Dördüncü Sənaye İnqilabınınTəhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlığı çərçivəsində tərtib edilib və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupunun 25 yanvar tarixində keçirilən növbəti iclasında müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən TED.az-a verilən məlumata görə, aidiyyəti dövlət qurumlarının nümayəndələri və Süni İntellekt (Sİ) icmasının üzvlərinin iştirakı ilə keçirilən iclasda “Sİ hazırlıq indeksi” və "Milli Sİ strategiyasının hazırlanması üçün yol xəritəsi" barədə məlumat verilib, Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
Tədbirdə həmçinin, Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platformasının rəhbəri Uber Xelop “Milli Sİ strategiyalarının hazırlanması”, Türkiyə Rəqəmsal Transformasiya Ofisinin nümayəndəsi Mervə Ayyücə Kizrak “Süni İntellekt strategiyasının hazırlanmasındakı çətinliklər” və Paşa Bankın Data elmi şöbəsinin rəhbəri İlkər Kurtuluş “Süni İntellekt biznesi necə dəyişdirir” mövzularında təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












