Azərbaycanda mobil internet bahalaşacaq?
Sosial şəbəkələrdə növbəti aydan etibarən mobil operatorların internet trafikinə görə tətbiq edilən tarifləri yüksəldəcəyi ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı “Azercell Telekom” MMC tərəfindən TED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, internet trafikinə görə tətbiq edilən tariflərin artırılması nəzərdə tutulmayıb.
"Əksinə, şirkətimiz “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün bir sıra mühüm layihələr üzərində çalışır.
“Azercell Telekom” MMC ötən ilin avqust ayında start verdiyi şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi çərçivəsində cəmi 5 ay ərzində ölkə boyunca 100-dən çox yeni 4G baza stansiyasını quraşdırıb, 1050-dən çox baza stansiyasında təkmilləşdirmə işləri görüb. 2022-ci ildə lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 6% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində internet trafikinin həcmində 40% artım müşahidə edilib.
Eyni zamanda, Azercell istər fərdi, istərsə də korporativ abunəçilərinə təqdim etdiyi xidmətlərin və tariflərin keyfiyyətinin daha da yüksəldilməsi, onların ən innovativ və qabaqcıl xidmət və tariflər ilə təmin edilməsi üçün rəqəmsal məhsullar portfelini optimallaşdırır. Xatırladaq ki, ötən ilin oktyabr ayında “Azercell Telekom” MMC Azərbaycan bazarına ilk rəqəmsal tarifi- İstəsən tarifini gətirdi. Lider mobil operator abunəçilərinə fərdi ehtiyac və istəklərinə uyğun olaraq danışıq dəqiqələrini, internet balansını, müvafiq sosial şəbəkələr üçün əlavə internet balansını müəyyən edib unikal tarif paket yaratmaq imkanı verdi", - deyə məlumatda qeyd olunub.
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











