AZ

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı xəbərlər "Twitter"də ən populyar olub

563d9d54df2202c36a7dc27f69a6abe6.jpg
30.01.2023 12:57

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı #iranianterror #Tehran #Azerbaijan həştəqləri "Twitter"də qlobal trenddə müvafiq olaraq 1-ci, 3-cü və 4-cü yerə yüksəlib.

 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox