AZ

Pakistanda “Wikipedia” bloklanıb

 

4c5fd811f4a3cce63e72b5e821c01484.png
06.02.2023 12:20

Pakistanda “Wikipedia”ya “küfr edən məzmun”la bağlı xəbərdarlıqdan sonra ölkədə sayta giriş məhdudlaşdırılıb.

 

TED.az xəbər verir ki, bu barədə Wikimedia Fondu məlumat yayıb.

 

Bu həftənin əvvəlində Pakistan Telekommunikasiya İdarəsi (PTA) “Wikipedia”ya “küfr məzmunlu” informasiyanı bloklamaq və ya silmək üçün 48 saat vaxt vermiş, əks halda sayta girişin məhdudlaşdırılacağını bildirmişdi.

 

PTA sözçüsü bildirib ki, “Wikipedia” “bütün etiraz doğuran materialları” silənə qədər Pakistanda blokda qalacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox