AZ

Dünyanın ən yaxşı ekranına sahib telefon hansıdır?

 

4301dcef3fc42fcca10fb01e5ef7c50f.jpg
03.03.2023 23:20

Dünyanın ən yaxşı ekrana sahib telefon açıqlanıb. 

 

TED.az xarici mediaya istinadən xəbər verir ki, “Honor Magic5 Pro” model smartfonu ən yüksək keyfiyyətli ekrana malik telefon seçilib. Bu telefon qısa zaman öncə ən yaxşı  kameralı telefon seçilmişdi. 

 

Telefonun displeyi 151 xal toplayıb ki, indiyədək heç bir başqa ekran bu qədər yüksək nəticə əldə etməyib.

 

“Honor Magic5 Pro” model cihazın əsas üstünlükləri aşağıdakılardır: 

 

Bütün işıqlandırma şəraitində ideal parlaqlıq;

 

Qapalı məkanda yaxşı görüntü ötürülməsi;

 

Toxunmağa dəqiq və sürətli reaksiya;

 

Titrəmənin olmaması.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox