AZ

“Binance” kriptobirjası həftə ərzində $2 mlrd. itirib

 

f717e9f640569520bf27e0608a8cccfa.png
29.03.2023 15:20

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” treyderlərin vəsaitlərinin kütləvi axını ilə üzləşib. “The Wall Street Journal” “Nansen” analitik şirkətinin məlumatlarına istinadən yazır ki, son bir həftə ərzində istifadəçilər birjadan 2.1 milyard dollar çıxarıblar. İstifadəçi vəsaitlərinin xaricə axını birjanın son vaxtlar yaşadığı problemlərlə bağlıdır.

 

TED.az bu barədə Kommersant-a istinadən xəbər verir.

 

Dünən, martın 28-də ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) “Binance”, onun təsisçisi və baş direktoru Changpeng Zhao, həmçinin keçmiş top-menecer Samuel Limi məhkəməyə verib. Tənzimləyici onları ABŞ-ın bir sıra qaydalarını, o cümlədən çirkli pulların yuyulmasına qarşı mübarizəni pozmaqda ittiham edir.

 

“Nansen”in dediyinə görə, ABŞ tənzimləyicisinin məhkəmə iddiası ilə bağlı rəsmi açıqlamadan bir neçə saat əvvəl istifadəçilər birjadan 850 milyon dollar çıxarıblar. İddianın elanından sonra isə daha 240 milyon dollar. Sonuncu dəfə kütləvi vəsait axını dekabrın 13-də olub və 3 milyard dollar təşkil edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox