AZ

Ferrari 296 GTB modeli qızılla örtülmüş buraxılış sistemini alıb - FOTO

 

9b8e667e79c31d25b589cd55fc690df5.jpg
29.03.2023 16:40

Alman Novitec atelyesi Ferrari superkarı üçün qızılla örtülmüş buraxılış sistemini hazırlayıb. Dəbdəbəli və ultramüasir avtomobillərin təkmilləşdirilməsi üzrə ixtisaslaşan atelye Ferrari 296 GTB modeli üçün təkmilləşdirmələr proqramını da təqdim edib.

 

TED.az xəbər verir ki, İtaliya brendinin V6 mühərrikli ilk müasir yol sportkarı olan 296 GTB kupesi minimal dəyişikliklər ilə gücləndirilib. Xatırladaq ki, əvvəllər belə mühərrik  yalnız formula bolidlərində, idman prototiplərində və Dino brendi altında buraxılan avtomobillərdə quraşdırılırıb. Ənənəvi olaraq tünerlər hibrid modellərdə yalnız daxili yanma mühərrikinə müdaxilə edirlər.

 

Novitec ateltyesi 296 GTB superkarı üçün paslanmayan polad və ya inkoneldən hazırlanmış buraxılış sistemini təklif edir. Sistemin optimal istilik izolyasiyasını təmin etmək üçün onu 999 əyarlı qızılla örtürlər.

 

Hər bir sistem üçün 102-millimetrlik çıxış borularının iki variantı mövcuddur - onlar karbon lifi və ya qızıl ilə örtülə bilərlər. Qeyri-standart səsboğucu sistemin quraşdırılması, arxa bamperə xüsusi torlu örtmənin inteqrasiyasını tələb edib.

 

Təkcə buraxılış sisteminin quraşdırılması mühərrikin gücünü 38 at qüvvəsi artıraraq 868 at qüvvəsinə çatdırmağa imkan verib. Tünerlər asqının klirensini 33 millimetr azaldan idman yaylarından başqa digər texniki təkmilləşdirmələri təklif etmirlər.

 

Ferrari 296 GTB üçün aerodinamik kuzov dəsti də hələlik hazır deyil, ona görə də idman avtomobilinin görünüşünü dəyişdirməyin yeganə yolu yeni təkər disklərinin quraşdırılmasıdır.

 

Novitec atelyesinin tərəfdaşı olan Vossen şirkəti italyan superkarı üçün öndə 21, arxada isə 22 düymlük ölçülərə malik olan NF10 təkər disklərini təklif edir. Şou avtomobilinin parlaq qara rəngdə təkər diskləri var, lakin müştərilərin 72 müxtəlif rəng və səth tərtibatı seçimi var.

 

Bundan əlavə, tüninq atelyesi müştərinin istəyi ilə interyeri müxtəlif rəng və kombinasiyada olan istənilən materiallarla yenidən üzləməyə hazırdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox