AZ

"Goldman Sachs" süni intellektə görə işini itirəcək insanların sayını açıqlayıb

 

813e591adf0bf212a37796be223faa3d.jpg
29.03.2023 18:50

ABŞ-ın "Goldman Sachs" investisiya bankı süni intellektin iş dünyasına inteqrasiyası ilə bağlı araşdırma aparıb.

 

TED.az-ın məlumatına görə, araşdırmalara əsasən süni intellekt 300 milyon tam ştatlı işi əvəz edəcək. ABŞ və Avropada hazırkı işçi qüvvəsinin 25 faizinə ehtiyac olmaya bilər.

 

"Goldman Sachs" hesabatına görə, 300 milyon iş süni intellektin əlində olsa da, bəşəriyyət bundan faydalana bilər. Çünki süni intellektin iş həyatına inteqrasiyası yeni iş sahələrinin yaranmasına kömək edəcək. Ayrıca xidmət və istehsal qlobal miqyasda təxminən 7 faiz artacaq.

 

"Goldman Sachs" süni intellektin ən çox təsirlənəcəyi sahələri araşdırıb.

 

1) İnzibati sahə - 46%

 

2) Hüquq sahəsi - 44%

 

3) Tikinti - 6%

 

4) Baxım və təmir işlərinin isə 4%-i süni intellektin iş həyatına inteqrasiyasından təsirlənəcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox