AZ

"Xiaomi"nin ilk elektromobilinin keyfiyyətli fotoları təqdim edilib

d5d8874ec3cc8e154ce21692a6f011ae.jpg
29.03.2023 19:40

Çinli bloggerlərdən biri "Xiaomi" şirkətinin ilk elektromobilinin keyfiyyətli render fotolarını təqdim edib.

 

TED.az xarici KİV-ə istinadən xəbər verir ki, təqdim edilmiş render fotolar elektromobil barəsində daha öncə ortaya çıxmış məlumat sızıntıları əsasında hazırlanıb. Bununla belə render fotolarda elektromobil hər tərəfdən sərgilənib.

 

Bu render fotolar bir növ reklam xarakterli tizer fotoları imitasiya edirlər və onlarda əsas diqqət elektromobilin gövdəsinə ayrılıb. Render fotolarda həmçinin elektromobilin yuxarı hissəsindəki LiDAR skaneri, panoram tavanı və orijinal arxa faraları görmək olar. "Xiaomi" öz ilk elektromobilini hələ təqdim etməyib. Onun bu ilin sonuna kimi təqdim ediləcəyi gözlənilir. Elektromobilin kütləvi istehsalına gələn il start veriləcək və gələn il də satışa çıxacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox