AZ

"SpaceX" şirkəti "Starlink" İnternet peyklərinin yeni partiyasını orbitə çıxaracaq

 

59714aae9ec0677f72e43e8c330a8925.jpg
29.03.2023 20:00

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə dairəsinin orbital artırmaq üçün 56 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

 

TED.az-ın məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.

 

Məlumata əsasən, buraxılışın Florida ştatındakı Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən ABŞ-ın şərq sahili vaxtı ilə saat 16:01-də baş tutacağı gözlənilir.

 

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 80-ci, bu ilin əvvəlindən isə 11-ci buraxılışı olacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox