Bu asteroiddə həyat üçün vacib vitaminlər TAPILDI

"Ryugu" asteroidinin səthinin alt təbəqəsindən götürülmüş süxur nümunələrinin analizləri ilə bağlı yeni məlumat təqdim edilib.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən asteroiddən əldə edilmiş süxur nümunələri Hayabusa-2 adlı kosmik aparat vasitəsilə 2020-ci ilin dekabr ayında Yer kürəsinə çatırılıb. Həmin süxur nümunələri üzərində artıq çoxlu sayda analizlər aparılıb. Təqdim edilən yeni məlumatlara əsasən, süxur nümunələrinin tərkibində həyat üçün vacib orqanik birləşmələr və hətta vitamin də aşkar edilib.
"Ryugu" Yer kürəsinə yaxın zonada mövcud olan asteroiddir. Məlumata görə, bu asteroidin yaşı Günəşin yaşından daha çoxdur. Onun strukturunda DNT ilə RNT üçün vacib olan inşaat bloklarının olması bioloji həyat növünün yaranması üçün vacib olan orqanik birləşmələrin Yer kürəsi və hətta Günəş sistemindəki digər planetlərin formalaşmalarından daha öncə əmələ gəldiklərinə işarə edir.
Həmin orqanik birləşmələr kosmik şəraitdə asteroidin dərinliklərində qoruna biliblər. Kosmik radiasiya asteroidin dərinliklərinə çata bilmədiyindən orqanik birləşmələr olduqları kimi qalıblar. “Mütəxəssislər asteroidin iki müxtəlif yerindən əldə edilmiş nümunələri analiz edən zaman onlar RNT-nın inşaat bloklarından biri olan urasili və həmçinin B3 vitaminini (canlı orqanizmlərdə maddələr mübadiləsi üçün lazım olan vacib birləşmə) aşkar ediblər” - məlumatda qeyd edilib.
Bu yeni tədqiqat nəticələri Yer kürəsinə həyatın kosmosdan gəlmə variantının mümkünlüyünü bir qədər də möhkəmlədir.
Dünya bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

