AZ

Yatmazdan əvvəl telefonda interneti söndürün – SƏBƏB

 

ba7725e9a9a0493cabca7e2859dd4e0c.jpeg
29.03.2023 23:20

Bir çox smartfon sahibi yatarkən  cihazda“Wi-Fi”ı söndürmür. Bu doğru addım deyil və o mütləq söndürülməlidir. Ümumilikdə gecə interneti söndürməyin üç səbəbi var.

 

TED.az həmin səbəbləri təqdim edir:

 

Batareyaya ziyan vurur

 

“Wi-Fi”ın aktiv olması batareyanın yükünü artırır. Bu zaman şəbəkə axtarışı aparıla, həmçinin tətbiqlərin avtomatik yenilənməsi həyata keçirilə bilər. Bu da smartfonların şarjının azalmasına səbəb olur. 

 

Radiasiyadan qorunma

 

Bildirilir ki, “Wi-Fi”a qoşulmuş telefon yuxuda olan insan üçün təhlükəlidir. “Wi-Fi”ı söndürməklə yanaşı, həmçinin telefonu bacardıqca yatağınızdan uzaq qoymağınız məsləhətdir. 

 

Gələn mesajlarla diqqətin yayınması 

 

Bir çox insanlar sosial şəbəkələrdə, saytlarda xəbərləri oxumağa öyrəşib. Hətta gələn yeni mesajı və ya bildirişi qaçırmaqdan qorxurlar. Buna görə də gecələr də interneti söndürmürlər.

 

Ancaq günün müəyyən hissəsində istirahət etmək lazımdır. İstirahət zamanı telefondakı bildiriş səsi və ya titrəməsi səbəbindən diqqət yayınırsa, bu, həmin şəxsin sağlamlığına mənfi təsir göstərir. 
 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox