“Startup School”da ilk mərhələnin qalibləri açıqlanıb

“Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi”nin birgə layihəsi olan “StartUp School”da ilk seçim mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə TED.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva qeyd edib ki, müsabiqədə iştirak üçün ümumilikdə 200 layihə təqdim edilib. İlk mərhələnin sonunda seçilən 32 layihə arasında Türkiyə (bu ölkədən 7 layihə qalib olub), Almaniya və İrlandiyadan olan layihələr var.
Portal rəhbəri əlavə edib ki, ilk mərhələdən keçə bilməyən layihələrlə də əməkdaşlıq davam etdiriləcək. Həmin startapların öz layihələrini enterpriseazerbaijan.gov.az saytında qeydiyyatdan keçirmək, Azərbaycanda startap ekosisteminə daxil olmaq üçün mümkün dəstək göstəriləcək.
“StartUp School”da ilk seçim mərhələsini qazanan layihələrlə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz:startupschool.az
“StartUp School”un rəsmi açılışı aprelin 3-də baş tutacaq.
Qeyd edək ki, “StartUp School”u təqdim edən enterpriseazerbaijan.gov.az Portalı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr Fərmanı ilə yaradılıb. Portalın operatorluğunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

