Elektrikli avtomobil satışları 70% artıb

Elektrikli avtomobillərin satışları dünya üzrə illik 70% artıb. ABŞ, tədqiq edilən bütün bazarlar arasında elektrikli avtomobil satışlarında ən yüksək illik artıma nail olub, onu Çin və Avropa izləyir.
Bu barədə TED.az CNN-ə istinadən xəbər verir.
2022-ci ilin dördüncü rübündə dünya üzrə akkumulyatorlu elektrik avtomobili (BEV) satışlarına dair hesabat açıqlanıb. Hesabatda ABŞ, Avropa, Çin, Yaponiya, Cənubi Koreya və Türkiyə kimi bazarlardan toplanmış məlumatları əks etdirilir.
Türkiyədə satışlar əvvəlki ilə nisbətən 172% artıb. Türkiyədə hibrid avtomobillər (HEV) il ərzində elektrikli avtomobillər arasında ən böyük paya sahib olmaqda davam edib və ümumi bazarın 8%-ni təşkil edib.
Sıralamada Çin ABŞ-dan dərhal sonra gəlir. Ölkədə akkumulyatorlu elektrik avtomobil satışları 2022-ci ildə 85% artıb. Akkumulyator, fişli (şarj edilə bilən) və hibrid elektrikli vasitələrin cəmi satışlarına baxıldığında, satışların bir əvvəlki ilə görə 87% artdığı görüldü.
Avropanın beş ən böyük bazarı, Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya, əvvəlki illə müqayisədə 28% artıb. 2022-ci ilin dördüncü rübündə akkumulyatorlu elektrikli avtomobil satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39% artıb. Bu artımda iki ölkə önə çıxıb: Almaniya və İngiltərə.
İllik 40% artım tempi ilə ən yüksək sürətlənən ölkə İngiltərə olsa da, Almaniyada satışlar 2022-ci ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 66% artıb.
2022-ci ilin dördüncü rübündə satışlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə İsveçdə 84%, Norveçdə isə 76% artıb. Bundan əlavə, İsveç digər Avropa bazarları qrupunda 2022-ci ildə 66% ilə ən yüksək artım tempinə sahib olub.
Asiya bazarlarında, Yaponiya və Cənubi Koreyada istehlakçıların yeni nəsil, ekoloji cəhətdən təmiz avtomobillərə marağı artır. Cənubi Koreyada akkumulyatorlu elektrikli avtomobil satışları 2022-ci ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42% artıb. Yaponiyada isə hibrid avtomobillərə meyl dominant olaraq qalıb.
Demək olar ki, bütün elektrikli avtomobil bazarına hakim olan hibrid avtomobil satışları 2022-ci ildə 1 milyonu keçib.
Texnologiya bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

