AZ

Nərimanov rayonundakı Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

04ae73db39ae149ef0075a48d13c46a9.png
30.03.2023 14:20

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib.

 

Agentliyin mətbuat xidmətindən TED.az-a bildirilib ki, aprelin 2-si saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox