AZ

VII qrant müsabiqəsinə layihə qəbulu sabah başa çatır

2c1600d4cf8e26fd32d309cc2197f743.jpg
30.03.2023 14:57

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihə qəbulu sabah yekunlaşır.

 

Bu barədə TED.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək www.grants.edu.az saytı üzərindən həyata keçirilir.

 

Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.

 

Qrant müsabiqəsi barədə ətraflı məlumatla nazirliyin saytında elanlar bölməsində tanış olmaq mümkündür.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox